Venera-Saturn birləşməsi olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvar ayının 22-də Günəş batdıqdan sonra Venera ilə Saturn planetlərinin birləşməsini izləmək mümkün olacaq. Bu iki Günəş sistemi planeti qeyd olunan tarixdə bir-birinə çox yaxın məsafədən (~0.34⁰) keçəcək.
Bu barədə BAKU.WS-ə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Planetlərin birləşməsi Bakı vaxtı ilə (GMT+04) saat 18:03-dən etibarən üfüqdən 14⁰ hündürlükdə cənub-qərbdə müşahidə olunacaq və saat 19:35-dək müşahidə etmək mümkün olacaq.
Hazırda planetlər Oğlaq bürcündədirlər və yanvarın 22-ə qədər bir-birinə yaxınlaşmaqda davam edirlər. Yanvarın 23-də isə gecə səmasında Venera ilə Saturna təzə Ay da qoşulacaq.
Qeyd edək ki, Venera səmada Günəş və Aydan sonra 3-cü parlaq obyektdir. Saturn parlaqlığına görə Veneradan zəif olsa da, hər iki planeti adi gözlə belə müşahidə etmək mümkün olacaq. Daha keyfiyyətli müşahidə üçün isə kiçik teleskoplar və binokllardan istifadə etmək olar.
Oxşar xəbərlər
İlin ilk Günəş tutulması Azərbaycanda da müşahidə ediləcək
İyun ayının 21-də, yay Günəş duruşu günündə 2020-ci ilin həlqəvari Günəş tutulması gerçəkləşəcək. Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BAKU....