İlin ilk Günəş tutulması Azərbaycanda da müşahidə ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
İyun ayının 21-də, yay Günəş duruşu günündə 2020-ci ilin həlqəvari Günəş tutulması gerçəkləşəcək.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən məlumata görə, tutulma hadisəsi saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu saat 10:41-də olacaq. Bu təbiət hadisəsi 5 saat 48 dəqiqə davam edəcək.
Günəş tutulması Afrika, cənub-şərqi Avropa və Asiyada müşahidə olunacaq. Tutulmanın həlqəvari fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla Afrikanın bir hissəsindən, Cənubi Pakistan, şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar həlqə görəcəklər.
Azərbaycan ərazisində isə Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.
Qeyd edəki, 2020-ci ildə növəti Günəş tutulması dekabrən 14-də baş verəcək və bu tutulma tam Günəş tutulması olacaq.
Oxşar xəbərlər
Ay tutulması başlayıb
2020-ci ilin ikinci Ay tutulması hadisəsi baş verir. BAKU.WS xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:46-da başlayıb və saat 01:04-də sona çatacaq...