Vəkillər Kollegiyasının daha bir üzvü koronavirusdan vəfat edib
27
dek
2020
13:11
Vəkillər Kollegiyasının daha bir üzvü dünyasını dəyişib.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 xəstəliyindən vəfat edib.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Azərbaycanda daha bir vəkil vəfat edib
Vəkillər Kollegiyasının üzvü, İmişli rayon Vəkil Bürosunun vəkili Qasımov İdris İbadulla oğlu vəfat edib. BAKU.WS "report"a istinadən xəbər verir ki, İ.Qasımov...