Vaqif Xaçatryana 15 il müddətə azadlıqdan məhrum edilib

Vaqif Xaçatryana 15 il müddətə azadlıqdan məhrum edilib
Hadisə 0

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib.

Bununla da cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son xəbərlər