Ukraynada 2 il əvvəl yoxa çıxan azərbaycanlı biznesmen tapıldı
24
okt
2018
14:36
Ukraynanın Luqansk vilayətində 2 il əvvəl itkin düşən azərbaycanlı iş adamı tapılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, 2016-cı ildə Melovskiy rayonu ərazisində itkin düşən, əslən Azərbaycanın Tovuz rayonundan olan, 1977-ci il təvəllüdlü Quliyev Alı Tayfur oğlu Donetsk şəhəri ətrafında sərbəst buraxılıb.
Onun bu müddət ərzində özünü tanınmayan “Luqansk Xalq Respublikası”na bağlı olduğunu bildirən silahlı dəstə tərəfindən girov saxlanıldığı bildirilir. A.Quliyev hazırda Donetsk şəhərindədir.
Azərbaycanlı iş adamı kənd təsərrüfatı biznesi ilə məşğul olub.
BAKU.WSOxşar xəbərlər
Azərbaycanlı bacı-qardaş Rusiyada itkin düşüb
Rusiya Federasiyasının Novosibirsk vilayətində azərbaycanlı qardaş və bacı itkin düşüb. BAKU.WS report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Kürdəmir r...