Rusiyada itkin düşən azərbaycanlı ər və arvadın meyiti tapılıb
27
avq
2018
20:15
Rusiyanın Novosibirsk vilayətinin Zayeltsovskiy rayonunda yaşayan azərbaycanlı ər və arvadın meyitləri tapılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, əslən Azərbaycanın Qazax rayonundan olan, 1980-cı il təvəllüdlü Rəhimov Rəhim Həsənağa oğlu və onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Kseniya Rəhimova rayon kənarında yaşadıqları evdən bir neçə gün əvvəl itkin düşüblər.Yaxınlarının axtarışı nəticəsində ötən gün onların meyiti rayon ərazisindəki meşədə, yaşadıqları evə yaxın yerdə tapılıb. Meyitlərin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.BAKU.WS
Oxşar xəbərlər
Xaçmazda itkin düşən qadının meyiti tapılıb
Xaçmaz rayonu ərazisində itkin düşən 67 yaşlı Sumqayıt şəhər sakininin meyiti tapılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Xaçmazın Padar kəndinə qonaq gəl...