Təzə Pir Məscidinə hücum edən əli qılınclı şəxslər tutulub
Bakıda məscidə hücum edən şəxslər saxlanılıb.
BAKU.WS xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Təzəpir məscidində bu gün günorta namazı qılınan zaman iki nəfər məscidə girib.
Onlardan birinin əlində qılınc, digərinin əlində isə dini bayraq olub. Məsciddə olan şəxslər dərhal polis əməkdaşlarına məlumat veriblər. Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb.
Onların Yaşar Əliqulu oğlu Cahangirov və Əfqan Elman oğlu Aydınov olduğu müəyyən edilib. Həmin şəxslər istintaqa təhvil veriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilk olaraq "Bakıpost" məlumat yayıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kütləvi dava: polis mayoru bıçaqlanıb
Bakıda kafedə oğurluq etmək istəyən şəxslər polis mayorunu bıçaqlayıb. Report agentliyinin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə ötən...