İTV-nin əməkdaşlarına aptekdə hücum edildi - Girov SAXLANILDILAR
Yeniliklərdən dərhal xəbərdar olun
İctimai televiziyanın əməkdaşları Bərdədə aptek sahibi tərəfindən təzyiqə məruz qalıblar. Bərdədə apteklərdə tibbi maskanın satış qiymətləri haqqında süjet hazırlamaq istəyən çəkiliş qrupu təzyiqlə üzləşib.
BAKU.WS Modern.az-a istinadla məlumat verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Şöhrət Eyvazovun sorğu keçirdiyini görən aptek sahibi İsak Cəfərov media nümayəndələrinə hücum edərək kameranı sındırmağa və çəkilişi sildirməyə çalışıb.
Maskanı istədiyi qiymətə sata biləcəyini iddia edən İsak Cəfərov Şöhrət Eyvazov və operator Vüsal Quliyevə fiziki zor tətbiq etməyə çalışıb və onları aptekdən çıxmağa qoymayacağını bildirib.
Şöhrət Eyvazovun Daxili İşlər Nazirliyinin qaynar xəttinə - 102 xidmətinə zəngindən sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aptek sahibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 maddəsinə əsasən “xuliqanlıq” maddəsilə saxlanılıb.
Araşdırma davam edir.
Oxşar xəbərlər
Qohumunun evində arvadını... - Ata və oğuldan DƏHŞƏTLİ ƏMƏL – Azərbaycanda ŞOK CİNAYƏT
Astara şəhərində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə, xuliqanlıq etməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Məstəli Nuriyev və onun oğlu, 1990-cı il t...