Türkiyədə hər kəsi göz yaşlarına boğan görüntülər - ana və qızı xilas edildi - VİDEO

Türkiyənin Elazığ şəhərində baş verən 6,8 bal gücündə zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir.
BAKU.WS Türkiyə KİV-inə istinadla xəbər verir ki, 24 saatdan sonra yeni bir möcüzə baş verib.
Jandarma qrupları 2,5 yaşlı Yüsranı dağıntıların altından sağ çıxara bilib. Sözügedən anlar kamera vasitəsi ilə qeydə alınıb.
2,5 yaşlı qızı dağıntılar altından çıxardıqdan sonra təcili tibbi yardım avtomobili vasitəsi ilə xəstəxanaya aparıblar.
Uzun axtarışlardan sonra balaca Yüsranın anası da dağıntılar arasından sağ çıxarılıb.
Kameraya düşən xilasetmə anı sosial şəbəkələrdə sürətlə yayılıb. İnsanlar bu mənzərədən çox təsirlənib.
Oxşar xəbərlər
Türkiyədəki zəlzələdən ürək sızladan görüntü - Ata uşaqlarını qorumaq üçün özünü sipər edib - VİDEO
Dünən Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib. BAKU.WS “Haberler.com”a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində çoxlu sayda bin...
