Gəncədəki partlayışda ölən və yaralananların adları AÇIQLANDI - SİYAHI

Gəncədəki partlayışda ölən və yaralananların adları AÇIQLANDI - SİYAHI
Hadisə 1906
Gəncədə baş verən partlayışla bağlı FHN rəsmi məlumat yayıb. BAKU.WS-in məlumatına görə, məlumatda deyilir: "Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılmışdır.Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılmış, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilmişdir. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək".BAKU.WS

Son xəbərlər