SON DƏQİQƏ - Gəncədə güclü partlayış, dağıntılar altında qalanlar var (YENİLƏNİB)
20
noy
2018
11:18
Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin meyiti çıxarılıb."Report"un Qərb bürosunun məlumatına görə, dağıntılar altından 50 yaşlı qadın və onun 25 yaşlıl oğlunun meyiti çıxarılıb. Qadının orta məktəb müəllimi olduğu bildirilir.Axtrışlar davam etdirilir.***09:48Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub olub."Report"un Qərb bürosu xəbər verir ki, dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.Dağıntılar altından altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasdına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. ***09:04Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb. "Report"un Qərb bürosu xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılıb. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.***08:31Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub."Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.Nəticədə 3-cü blokun bir hissəsi çöküb.İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda güclü partlayış - xəsarət alanlar var
Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub."Report"un Qərb bürosu xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var. Yaralılar Gəncə Şəhər Tə...