Bakıda univermaq çöküb: dağıntılar altında qalanlar var (YENİLƏNİB, FOTO)

Bakıda univermaq çöküb: dağıntılar altında qalanlar var (YENİLƏNİB, FOTO)
Hadisə 6116

Bakının Suraxanı rayonu ərazisində univermağın tavanının çökməsi nəticəsində 3 nəfər xəsarət alıb.

BAKU.WS-in məlumatına görə, xəsarət alanlar 36 yaşlı Elşad Abdullayev və 30 yaşlı Bəhruz məmmədov 3 saylı Sabunçu rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların vəziyyəti normaldır. Onlara çanağın qırılması və yüngül bədən xəsarətləri diaqnozu qoyulub.

Ziya Babayev

BAKU.WS

***15.46

Bakıda univermaq çöküb.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib. Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb. Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir. Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb. BAKU.WS

 

Oxşar xəbərlər

Son xəbərlər