Toydan qayıdan ailə qəzaya düşdü: 2 nəfər öldü
07
sen
2016
16:02
Gəncədən toydan qayıdan ailə qəzaya düşüb.
"Report"un bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 188-ci kilometrliyində baş verib.
Belə ki, 90-CP-149 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı avtomobilin sürücüsü Məmməd Məmmədov idarəetməni itirərək maşını aşırıb.
Qəza nəticəsində maşında olan sərnişin Elmira Məmmədova və digər sərnişin hadisə yerindəcə dünyalarını dəyişiblər. E.Məmmədova sürücünün həyat yoldaşı olub.
Sürücü və avtomobildə olan digər sərnişinlər isə xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Toydan qayıdarkən qəzaya düşənlərin görüntüləri yayıldı - VİDEO
Lənkəran rayonunda bir nəfərin ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnmiş ağır yol qəzasının görüntüləri yayılıb. BAKU.WS CTV-yə (Region TV) istinadən x...