Toydan qayıdarkən qəzaya düşənlərin görüntüləri yayıldı - VİDEO

Toydan qayıdarkən qəzaya düşənlərin görüntüləri yayıldı - VİDEO
Video
Hadisə 2228
 

Lənkəran rayonunda bir nəfərin ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnmiş ağır yol qəzasının görüntüləri yayılıb.

BAKU.WS CTV-yə (Region TV) istinadən xəbər verir ki, toydan qayıdan minik avtomobili qəzaya düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yol-qəza hadisəsi Ələt-Astara magistralının 202-ci km-də, Lənkəranın Şiləvar kəndi ərazisindən keçən hissəsində baş verib. Lerik rayonunun Piran kənd sakini Əlimərdan Məmmədovun idarə etdiyi "VAZ – 21 07” markalı minik avtomobili ilə Bakının Qaradağ rayon sakini, 32-yaşlı İlham Dəmirovun idarə etdiyi "KAMAZ” markalı, bitum daşıyan avtosisternlə toqquşub. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb.

Toqquşma nəticəsində 5 nəfər, Lerik rayon sakiniləri "VAZ – 21 07” markalı avtomobilin sürücüsü 51 yaşlı Əlimərdan Məmmədov, sərnişinlər Həqiqət Quliyeva, Vilayət Hüseynova, Günəş Hüseynova və Qismət Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlər sürücü Əlimərdan Məmmədovu əməliyyat etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. O, gecə saatlarında xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Bölməsi tərəfindən araşdırma aparılır. Qəzanın baş vermə səbəbi keçiriləcək avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Qeyd edək ki, qəzaya düşən minik avtomobilinin sürücü və sərnişinləri gecə toy məclisindən çıxaraq evlərinə gedirlərmiş.

BAKU.WS

Oxşar xəbərlər

Jurnalistin valideynləri qəzaya düşdü

Jurnalistin valideynləri qəzaya düşdü

Cəlilabadda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS Report-a istinadən məlumat verir ki, hadisə bu gün səhə...

1330 Hadisə 14:52 07 iyul 2016

Son xəbərlər