Tovuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Tovuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var
Hadisə 50

Tovuz rayonunun Qovlar şəhəri ərazisində xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Niva" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər - 1998-ci il təvəllüdlü Zülfiyyə Hüseynova və 1990-cı il təvəllüdlü Nüşabə Məsimova xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, hadisəyə avtomobillərdən birinin işıqforun qırmızı işığında hərəkət etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər