Tofiq Heydərovdan SƏRT BƏYANAT: "Mənə heç nə edə bilməyəcəksiniz"

Tofiq Heydərovdan SƏRT BƏYANAT: Mənə heç nə edə bilməyəcəksiniz
Hadisə 2115
“AAAF Park” yaşayış kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edildiyi barədə xəbərlərin yayılmasından sonra Facebook səhifəsində canlı yayıma çıxaraq bir sıra məsələlərə aydınlıq gətirib. BAKU.WS-in məlumatına görə, Tofiq Heydərov xaricdə səfərdə olduğu üçün müraciətini Facebookdan etdiyini bildirib. O bildirib ki, “AAAF Park” yaşayış kompleksi ətrafında baş veerən hadisələrdən sonra president İlham Əliyevə müraciət etmək barədə qərar qəbul edib. Təzyiqlərə boyun əyməyəcəyini bəyan edən Tofiq Heydərov Azərbaycan Beynəlxalq Bankı və Vergilər Nazirliyinə qarşı sərt ittihamlar səsləndirib. “Şirkətimizdə gözü olanlara səslənirəm. Heç nəyə nail ola bilməyəcəksiniz. Heç kim məni yolumdan döndərə bilməyəcək. Kiminsə himayəsi altında işləyə bilmərəm. Çünki mən əziyyət görmüş adamam. 1988-ci ildən Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmışam”, - deyə Tofiq Heydərov bildirib. Bir neçə gün əvvəl Tofiq Heydərovun həbs edilməsi barədə xəbərlər yayılmışdı.Bildirilirdi ki, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Lakin Baş Prokurorluq yayılan xəbərləri təkzib edib: “Bəzi Kütləvi İnformasiya Vasitələrində “AAAF Park”-da prokurorluq əməkdaşları tərəfindən yoxlamalar, axtarışlar aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu xəbər tərəfimizdən təkzib olunur.” BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər