İtkin düşən 16 yaşlı oğlanın meyiti tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 8-də Sabirabad Rayon Polis Şöbəsinə və Qaragüney Polis Bölməsinə rayonun Muğan Gəncəli kənd sakini, 2007-ci il təvəllüdlü R.Məlikzadənin itkin düşməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidovun BAKU.WS-ə verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində R.Məlikzadənin meyiti bu gün səhər saatlarında Kür çayının Muğan Gəncəli kəndi ərazisindən keçən sahilindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Kür çayında iki gün əvvəl batan azyaşlının meyiti tapıldı - YENİLƏNİB - VİDEO
Kür çayının Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 13 yaşlı uşağın meyiti tapılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, mayın 24-də Ş...