Terrorda ölən Nuranənin bacısı yerli mətbuata açıqlama verməkdən imtina edib

Xəbər verdiyimiz kimi, İstanbulda yeni il gecəsi baş verən terrorda ölən Nuranə Həsənova Bakıda dəfn olunub.
"Qafqazinfo” xəbər verir ki, Təzə Pir məscidində baş tutan mərasimdə mərhumun bacısı Vüsalə Həsənova da olub. O, Azərbaycanda sosial şəbəkələrdə bacısı haqda gedən müzakirələrdən təəssüfləndiyini dilə gətirib və yerli mətbuata açıqlama verməkdən imtina edib. Vüsalə Həsənova bacısının ölümü barədə danışmaqda çətinlik çəkdiyini qeyd edib:
"Mənim üçün çox ağırdır. Niyə axı bu lənətəgəlmiş terrorizmlə mübarizə aparmırsız?! Niyə məhz mənim qızım ölməli idi?! Niyə o?! Mənim gözəlim... Nuranə hələ cavan, həyat dolu bir qız idi, hamıya kömək edirdi...”
Xatırladaq ki, əslən azərbaycanlı olan Nuranə Həsənova Rusiya vətəndaşı idi və İstanbuldakı "Reina” əyləncə mərkəzinə bayramı qeyd etmək üçün yollanmışdı.
BAKU.WS

Oxşar xəbərlər
Terrorda ölən Nuranə ilə vida - FOTO
İstanbulda Yeni il gecəsi baş verən terrorda həyatını itirən Nuranə Həsənovayla vida mərasimi keçirilib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Təzə P...