Azərbaycanlı gözəl həkimlikdən imtina etdi, modelliyi seçdi (FOTO)
Azərbaycanlı qız ailəsinin təzyiqindən ölkəni tərk edərək Türkiyəyə yollanıb.
BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə KİV-i yazır. Məlumata görə, 24 yaşlı Leyla Həsənova Muğla şəhərinin Fethiye bölgəsinə yerləşib. Həkim olması üçün israr edən ailəsinin yanından ayrılan qız modellik karyerasını qurmaq barədə qərar verib.
Ali təhsilini Şimali Kipr Türk Respublikasında (KKTC) turizm sahəsində oxuyaraq tamamlayan Leyla Həsənova fotomodellik və aktyorluq təhsili ala bilmək üçün Türkiyəyə gedib. Azərbaycanlı müğənni Elvin Abdullayevin klipində də rol alan Həsənova artıq bir aydır ki, Türkiyədə yaşayır. Türkiyəni çox sevdiyini ifadə edən azərbaycanlı model kariyerasına Türkiyədə davam etmək istədiyini qeyd edib:
"Anam və qardaşlarım həkimdir. Mənim də həkim olmağımı çox istədilər. Ancaq Azərbaycandakı məktəbi yarım buraxıb, KKTC-dəki "Doğu Akdeniz Universiteti"ndə təhsil almağa başladım. Ölkəmdə bir müddət fotomodellik etdim və kliplərdə rol aldım. Ancaq artıq Türkiyədə yaşayıb, burada fəaliyyət göstərmək istəyirəm. Türkiyədə azərbaycanlı olduğumu öyrənən hər kəs mehriban davranır. Burada çox xoşbəxtəm".
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Araz Ağalarov Leyla Əliyeva ilə şıdırğı rəqs etdi (VİDEO)
Azərbaycanlı iş adamı Araz Ağalarovun "Jara" festivalında maraqlı görüntüləri kameraya düşüb. BAKU.WS-in məlumatına görə, azərbaycanlı milyarder Heydər Əliyev...