Azərbaycanlı idmançı ermənini ölümdən xilas etdi
Şimali Kipr Türk Cümhuriyyətində keçirilən taekvondo üzrə GTF çempionatında maraqlı hadisə yaşanıb.
BAKU.WS Şimali Kiprin "Bayrak Radyo Televizyon Kurumu” (BRTK) telekanalına istinadən məlumat verir ki, yarışlarda KKTC, Türkiyə, Kanada, Moldova, Rusiya, Tatarıstan, Ermənistan, Azərbaycan, İran, Norveç, Bolqarıstan, Özbəkistandan xeyli sayda idmançılar iştirak edib.
Oktyabrın 22-də ermənistanlı idmançı Davit Atenesyan tədbirdən sonra sərinləmək üçün qaldıqları evin hovuzuna girərkən birdən halı pisləşib. Bunu görən Azərbaycan komandasının məşqçisi Həsənzadə Həsən dərhal hovuza atılaraq, erməni idmançını sudan çıxarıb. Atenesyanın nəfəs almadığını görən Həsənzadə ona süni nəfəs verməyə başlayıb və həkimlər gələnə kimi ona ilkin tibbi yardım göstərib.
Daha sonra Atenesyan xəstəxanaya aparılıb. Bir gün xəstəxanada qalan erməni idmançı ayıldıqda heç bir şeyi xatırlamadığını, baş verənlərin ona yuxu kimi gəldiyini deyib. Xəstəxanadan buraxıldıqdan sonra idmançı azərbaycanlı idmançının yanına gələrək, ona təşəkkürünü bildirib.
Erməni idmançı bu hadisədən çox təsirlənərək, hətta bundan sonra azərbaycanlıları özünə qardaş bildiyini bəyan edib.
BAKU.WS
Oxşar xəbərlər
Nazpəri Dostəliyeva xəstəxanalıq oldu
Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva zəhərlənib. BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, xalq artisti 1 saylı Kliniki Tibbi Mərkəzin To...