Təmir edilən yol yenə ÇÖKDÜ
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət əvvəl təmir edilən yolda çökmə baş verib.
BAKU.WS xəbər verir ki, söhbət Xətai rayonu, 8 Noyabr prospektindən gedir.
Ərazidən istifadə edən sürücülər mövcud vəziyyət səbəbindən həmin yerdə sürəti azaltmalı olurlar. Yola elə də bələd olmayan sürücülər isə gəldikləri sürətlə davam edirlər. Bu isə xüsusən gecə saatlarında təhlükəli vəziyyət yaradır.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, yaxın günlərdə həmin ərazidə işlərə başlanacaq.
Qeyd edək ki, sözügedən ərazidə bir müddət əvvəl də çökmə baş vermişdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxşar xəbərlər
Bakıda ucuz "iPhone" satışı adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
Sosial şəbəkədə saxta elanlar yerləşdirərək vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxslə bağlı polisə müraciətlər daxil olub. BAKU.WS-...