Telman İsmayılovun 1,4 milyardlıq otelində oğurluq (FOTO)

Telman İsmayılovun 1,4 milyardlıq otelində oğurluq  (FOTO)
Hadisə 2404
Antaliyada inşa olunmuş və 2010-ci ildə "Dünyanın ən lüks oteli" seçilən "Mardan Palace Otel"ində oğurluq hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 2009-ci ildə 1,4 milyard dollara inşa edilən otelin dəmir hasarları oğurlanıb. Borcları səbəbindən çətin günlər yaşayan iş adamının otelində qızıl rəngli dəmir hasarlar oğurlanıb. 2 metr uzunluğunda 7 dəmir hasarı oğrayanlar polis tərəfindən axtarılır. Otelin təhlükəsizliyi ilə bağlı tədbirlərin olmaması oğrular üçün əla fürsət yaradıb. Xüsusilə, gecə vaxtı gələrək bağçadakı bahalı dəmirlər oğurlanır. Qeyd edək ki, otelin borcları səbəbindən işıq və su təchizatı dayandırılıb. ŞahinBAKU.WS

Son xəbərlər