Tanınmış hüquqşünas faciəvi şəkildə öldü
 
                            
                            
                                18
                                iyn
                            
                                2018
                                11:55
                            
                            
                        Astara rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Bakıda yaşayan tanınmış hüquqşünas, əslən Lənkərandan olan 4 dekabr 1984-cü il təvəllüdlü Fuad Rəhimov Ramazan bayramı ilə əlaqədar doğma rayonuna gedib.O, ailə üzvləri ilə birgə Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində yerləşən Lovain su anbarının ətrafında istirahət edərkən bacısının azyaşlı qızı suda boğulmaq təhlükəsi yaşayıb.F.Rəhimov suya atılaraq uşağı xilas etsə də, özü boğularaq ölüb. Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.Qeyd edək ki, F.Rəhimov bu il keçirilən vəkillik imtahanından uğurla keçibmiş. Vəkillər Kollegiyasının sədri Anar Bağırov gənc hüquqşünasın vəfatı ilə bağlı başsağlığı verib və ona vəkil vəsiqəsini təqdim edə bilmədiyinə görə məyusluğunu ifadə edib.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Lənkəranda kişi üstündə qətl: Qadın sevgilisinin arvadını öldürdü
Lənkəran sakini qətlə yetirilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb. Həmin ünvan...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    