Cəlilabadda ana doğuşdan sonra ölüb
11
apr
2018
14:24
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qadın doğuşdan sonra ölüb.BAKU.WS APA-nın cənub bürosuna istinadən xəbər verir ki, rayonun Privolnoye kənd sakini, 1983-cü il təvəllüdlü Vəfa Ramazan qızı Yusubova qız övladını dünyaya gətirdikdən sonra vəfat edib.V. Yusubovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Ağdaşda mağaza sahibinin meyiti tapıldı
Ağdaş rayonunda mağaza sahibinin meyiti iş yerində tapılıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, məlumatına görə, Ağdaş şəhərində yerləşən mağazaların bir...