Tanışının danalarına görə altı il iş aldı: Yenidən hakim qarşısına çıxacaq
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Alı Hüseynovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin qərarı məhkumun ümumi mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı xüsusi müsadirə növündə cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməməsinə dair hissədə ləğv olunub və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilib.
İttihama görə, Alı Hüseynov tanışı, Bakı şəhərində yaşayan zərərçəkmiş Vüqar Yusifov (soyadı şərtidir) ilə 2022-ci ilin avqust ayının ortalarında telefon vasitəsilə danışıb. O, zərərçəkmişin Bərdə rayonu, Kətəlparaq kəndində icarəyə götürdüyü fermada saxladığı ümumilikdə 106 590 manat məbləğində iribuynuzlu erkək danalarını ələ keçirib.
Sonra Alı Hüseynov zərərçəkmişin şikayəti əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hüseynov altı il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və apelyasiya protesti təmin edilməyib. Daha sonra həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verərək, qərarın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsini xahiş edib.
Oxşar xəbərlər
Tanınmış iş adamı münaqişədə olduğu şəxslərin maşınına narkotik qoydurmaq istədiyi üçün həbs olunub
Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub. BAKU.WS repo...