Tanınmış jurnalist Sərxan Kamallı vəfat edib
17
iyn
2024
09:15
Baku TV-nin əməkdaşı Sərxan Kamallı vəfat edib.
Bu barədə tanınmış jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.
Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.
Xəstəxanada həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024-cü il, saat 07:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödəmi səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.
Oxşar xəbərlər
Tanınmış jurnalist insult keçirdi: Vəziyyəti ağırdır
Tanınmış jurnalist Sərxan Kamal insult keçirib. Bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıblar. O, hazırda Xətai Tibb Mərkəzinə yerləşdirilib,...