Ağciyər İnstitutunda daha bir xəstə öldü

Ağciyər İnstitutunda daha bir xəstə öldü
Hadisə 124

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, 1960-cı il təvəllüdlü xəstə mayın 20-si saat 15:30-da ETACXİ-yə daxil olub.

Xəstə həkim müayinəsindən keçərək aidiyyəti üzrə şöbəyə yerləşdirilib və zəruri müalicə tədbirləri seçilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək və tənəffüs çatışmazlığı, ikitərəfli ağır gedişli pnevmoniya, ağciyər ödəmi, ikitərəfli durğunluq pnevmoniyası, xroniki böyrək çatışmazlığı, ikinci tip şəkərli diabet - insulin tələbli, ağciyər vərəmindən sonrakı fibroz diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölüm faktını təsdiq edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

62 yaşlı Şəki sakini Ağciyər İnstitutunda öldü - RƏSMİ

62 yaşlı Şəki sakini Ağciyər İnstitutunda öldü - RƏSMİ

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Şəki rayon sakini 1958-ci il təvəllüdl...

203 Hadisə 12:27 01 may 2020

Son xəbərlər