62 yaşlı Şəki sakini Ağciyər İnstitutunda öldü - RƏSMİ

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Şəki rayon sakini 1958-ci il təvəllüdlü xəstə aprelin 18-də ağır vəziyyətdə ETACXİ-yə daxil olub.
Xəstə aidiyyəti üzrə şöbəyə yerləşdirilib və həkimlər tərəfindən zəruri müalicə tədbirləri görülüb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, aprelin 30-da kəskin ağciyər-ürək və tənəffüs çatışmazlığı, ikitərəfli ağır gedişli pnevmoniya, ağciyərlərin infiltrativ vərəmi VMB (+), 2-ci tip şəkərli diabet, insulinə tələbat, diabetik nefropatiya, arterial hipertenziya, insultdan sonrakı hal, aşağı ətrafların parezi diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.
Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.
TƏBİB ölüm faktını Oxu.Az-a təsdiq edib.
Oxşar xəbərlər
Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb. BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib....