Taksi sürücüsü sərnişini qarət edib

Taksi sürücüsü sərnişini qarət edib
Hadisə 374
Taksi sürücüsü sərnişini döyərək qarət edib.Daxili İşlər Nazirliyindən (DİN) BAKU.WS-ə verilən məlumata görə, bu barədə nazirliyin “102” Zəng Mərkəzinə müraciət daxil olub.“102” Zəng Mərkəzinə müraciət edən Salyan rayon sakini F.Adışirinov oktyabrın 6-da saat 22 radələrində rayon ərazisində sərnişin qismində “Mercedes” markalı avtomobilə minərək Bakı şəhərinə gəldiyini, Yasamal rayonu ərazisində isə sürücünün onu döyərək 497 manatını aldığını bildirib.Dərhal müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi (RPİ) 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən, qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini S.Piriyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda evə basqın olub - Qadını döyüb...

Bakıda evə basqın olub - Qadını döyüb...

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinə (PB) müraciət edən Yeni Suraxanı qəsəbəsində yaşayan Ə.Bayramova oktyabrın 5-də saat 4 radələrində e...

642 Hadisə 21:15 07 oktyabr 2019

Son xəbərlər