Bakıda evə basqın olub - Qadını döyüb...

07
okt
2019
21:15
Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinə (PB) müraciət edən Yeni Suraxanı qəsəbəsində yaşayan Ə.Bayramova oktyabrın 5-də saat 4 radələrində evinə daxil olan 5 nəfərin ona fiziki zor tətbiq edərək oradan 400 manat və mobil telefon aparmalarını bildirib.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, BŞBPİ və Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılıb.Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda möcüzə - 4-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
Bakıda 4-cü mərtəbədən yıxılan 4 yaşlı qız möcüzə nəticəsində sağ qalıb.BAKU.WS xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.Bu barədə Suraxanı rayon...