Bakıda məktəbdən 7500 manatlıq oğurluq

23
apr
2019
13:15
Suraxanı rayonunda məktəbdən 7500 manat dəyərində kompüter avadanlıqları oğurlayan şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinn mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən məktəblərdən birindən oğurluq edilib.Məktəb rəhbərliyi Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsinə müraciət edərək informatika otağından 7500 manat dəyərində kompüter avadanlıqlarının oğurlandığını bildirib.Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb. O, ifadəsində oğurluq etdiyini etiraf edib.Faktla bağlı bölmədə toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. H.Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər
Bakıda mağazaların qənimi olan şəxslər saxlanıldı – FOTO
Bakıda 15 mağazadan oğurluq edən şəxslər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, Xətai ra...