Bakıda mağazaların qənimi olan şəxslər saxlanıldı – FOTO

Bakıda mağazaların qənimi olan şəxslər saxlanıldı – FOTO
Foto
Hadisə 1076
Bakıda 15 mağazadan oğurluq edən şəxslər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib.
Bakıda mağazaların qənimi olan şəxslər saxlanıldı – FOTO
Zərərçəkən obyekt sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb.Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar. Onlar ifadələrində oğurluq etdikırini etiraf ediblər.
Bakıda mağazaların qənimi olan şəxslər saxlanıldı – FOTO
Xətai RPİ-də saxlanılan şəxslərin ətraflarında aparılan əlavə əməliyyat tədbirləri ilə onların rayon ərazisində əlavə olaraq 9 mağazadan, 2 həyətyanı sahədən və 3 saxlanc yerindən pul, tütün məmulatları və məişət əşyaları oğurluq etdikləri məlum olub.Qeyd edilən faktlarl bağlı saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Bakıda mağazalardan oğurluq edən şəxs tutulub – VİDEO

Bakıda mağazalardan oğurluq edən şəxs tutulub – VİDEO

Bakıda mağazalardan oğurluq edən şəxs tutulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nərimanov rayonu Ağa Neymətulla küç...

612 Hadisə 12:41 28 fevral 2019

Son xəbərlər