Oğurluq etdikləri evləri yandıran dəstə üzvləri saxlanılıb
10
sen
2018
12:51
Neftçalada oğurluq etdikləri evləri yandıran dəstə üzvləri saxlanılıb.Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Neftçala rayon sakini Rəşad Səlimov rayon polis şöbəsinə müraciət edərək yaşadığı evdən 100 manat və 4000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib. Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Eldar Tağıyev, Ramin Rütəmov və qardaşı Taleh saxlanılıblar.İstintaqın gedişi zamanı dəstə üzvlərinin cari ilin iyul-sentyabr ayları ərzində rayon ərazisində daha 5 evdən oğurluq etdikləri məlum olub. Qeyd edək ki, dəstə üzvləri oğurluğa daxil olduqları evlərdən ikisini izi itirmək məqsədi ilə yandırıblar. Oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları isə satılaraq dəstə üzvləri arasında bölünüb.Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda ticarət mərkəzindən 13 min manat oğurlayan dəstə tutulub
Bakıda külli miqdarda pul oğurlayan dəstə tutulub.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi əmə...