Bu şəxs mağazadan 45 min manat oğurladı – FOTO

Bu şəxs mağazadan 45 min manat oğurladı – FOTO
Hadisə 1614
Sabunçu rayonunda yerləşən geyim əşyalarının satıldığı mağazalardan birindən içərisində 45116 manat olan seyf naməlum şəraitdə oğurlanıb. Bu barədə obyekt sahibi Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat verib.Daxili İşlər Naziliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, məlumat daxil olan kimi əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib.“İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Neftçala rayon sakini Seymur Piriyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb.Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən obyektdə mühafizəçi işləyib və təxminən iki ay əvvəl işdən çıxarılıb. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində pul olması barədə məlumatlı olub.S.Piriyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.Oğurluq hadisəsi barədə 13-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

Oğurluq etdikləri evləri yandıran dəstə üzvləri saxlanılıb

Oğurluq etdikləri evləri yandıran dəstə üzvləri saxlanılıb

Neftçalada oğurluq etdikləri evləri yandıran dəstə üzvləri saxlanılıb.Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Neftçala...

1714 Hadisə 12:51 10 sentyabr 2018

Son xəbərlər