Bakıda taksiyə müştəri kimi əyləşib sürücünü soydular

Bakıda taksiyə müştəri kimi əyləşib sürücünü soydular
Hadisə 669

Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 5-də saat 2 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əzimovun idarə etdiyi “Daevoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsiyyəti məlum olmayan 3 nəfərin onu hədələyərək pul verməsini tələb etmələri,istədikərinə nail ola bilmədiklərindən nəqliyyat vasitəsindən düşüb aradan çıxmaları barədə Suraxanı rayon Polis idarəsinə məlumat daxil olub.Bundan sonra 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.Araşdırmalarla onların Bakı şəhər sakinləri A.Məhərrəmov, X.Əsgərov və A.Əmrahov olduqları müəyyən edilib.Faktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Abşeronda yanacaqdoldurma məntəqəsinə basqın olub

Abşeronda yanacaqdoldurma məntəqəsinə basqın olub

Abşeronda yanacaqdoldurma məntəqəsinə basqın olub.BAKU.WS xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən "report"a məlumat verilib.Bildirilib ki, yanvarın...

1152 Hadisə 11:52 19 yanvar 2019

Son xəbərlər