Şuşanın Böyük Qaladərəsi kəndində yanğın qısaqapanmadan yaranıb

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.
***16:49
Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazidə baş verib.
BAKU.WS "Report"a istinadən xəbər ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqakidaları cəlb olunub.
Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb. Aparılan işlər nəticəsində yanğın söndürülüb.
Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib.
Oxşar xəbərlər
Təyyarə qəzasında yaralanan Nurullah dayı vəfat etdi
AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib. BAKU.WS xəbər verir ki, bu ba...
