Sürücünün ürəyi tutdu, sükan arxasında öldü (VİDEO)
Ötən gün saat 16 radələrində Şəkinin Baş Layski kəndi ərazisində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.
BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hadisə zamanı Şəkinin Baş Göynük kənd sakini, 1965-ci il təvəllüdlü Rəcəbov Adil Oruc oğlu, idarə etdiyi 99-GL-361 dövlət nömrə nişanlı "Opel” markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən qəfildən yol kənarına çıxıb. Sürücünün sükan arxasında dünyasını dəyişdiyi məlum olub.
Yaxınlarının sözlərinə görə, sürücü iş yerində olarkən qəfildən ürəyində sancı hiss edib və istirahət etmək üçün evə getmək istəyib. İlkin ehtimallara görə sürücü avtomobili idarə edərkən qəfildən ürəktutması olub.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Yol polisi "Range Rover"dəki ailəni ağır qəzadan xilas etdi (VİDEO)
Dünən günorta saatlarında yol polisləri Bakı-Qazax yolunda yol qəzasının qarşısını alıblar. Bu barədə sürücü Şirin Qasımov özü Avtosfer.az-a məlumat verib. O...