Suriyada döyüşməkdə ittiham olunan azərbaycanlı ifadə verməkdən imtina edib
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı birləşmələin tərkibində döyüşməkdə ittiham olunan Quba rayon sakini Rövşən Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
BAKU.WS Virtualaz.org saytına istinadən xəbər verir ki, prosesə hakim Azad Məcidov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Hakim ittiham sübuta yetirilərsə təqsirləndirilən şəxsi 20 ilə qədər cəza gözlədiyini bildirib.
Məhkəmədə R.Qədirova ifadə vermək təklif olunub. O, ifadə verməkdən imtina edib:" Hazırkı mərhələdə ifadə vermək istəmirəm. Özümü qismən təqsirli bilirəm. İttihamda çox şey şişirdilib. Ərəb ölkələrinə yalnız insanlıq naminə humanitar yardım aparmışıq".
Prosesdə şahid qismində Mahir Qədirov ifadə verib. O, qardaşının Türkiyədə yaşadığını, usta işlədiyini, yanına gedib-gəldiyini göstərib:" Ustalıq etməklə ailəsini dolandırırdı. İbtidai istinataqa verdiyim ifadəni təsdiq edirəm. Çox şeyi xatırlamlram. Qarabağ döyüşləri zamanı kontuziya almışam, yaddaşım pisdir. Milli Qəhrəman Yusif Mirzəyevin batalyonunda döyüşmüşəm".
Məhkəmə prosesi 15 avqustda davam edəcək.
Qeyd edək ki, Rövşən Qədirov Döblət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Ona müxtəlif ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etməklə bağlı ittiham verilib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda həbs edilən İŞİD-çi: "Evlənməyə gəlmişdim"
Suriyada və digər ərəb ölkələrində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Rövşən Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başl...