19 bıçaq zərbəsi ilə öldürülən məmurun məhkəməsində ziddiyyət: kameradakı gənc kim olub?
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 47 yaşlı Xalidə İsgəndərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Posesdə şahid qismində F.İsgəndərovun bioloji ölümü ilə bağlı rəy vermis ekspert Naib Abbasov və cərrah Xəqani Şahverdiyev dindirilib.
X.Şahveridyev ifadəsində "Azərsutikinti” xəstəxanasında cərrah işlədiyini göstərib: "Həkimlər otağında oturmuşdum. Ölüm hadisəsi baş verdiyini dedilər. Həmin vaxt Xalidə İsgəndərovanın barmağı kəsilmişdi. Sarğı otağına girdim, orada Xalidə İsgəndərovanın ağladığını gördüm. Ölən şəxsin həyat yoldaşı olduğunu o zaman bildim. Barmağına tikiş qoydum. Həmin vaxt orada söhbət edirdi ki, evə oğru girib, ərindən pul, maşının açarlarını tələb edib. Əri pul vermədiyinə görə oğru onu öldürüb, sonra da qaçıb".
Şahid qismində polis əməkdaşı Ədalət İsmayılov ifadə verib. O, ifadəsində göstərib ki, cinayət işi ilə bağlı istintaq qrupu yaradılıb, mərhumun işçiləri, qonşuları dindirilib, kamera görüntülərinə baxış keçirilib: "Kamera görüntülərində bir cavan oğlan vardı. Onun şəxsiyyəti müəyyənləşmədi".
Şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında zidiyyətlər mövcud olub. Polis əməkdaşının istintaqa verdiyi ifadəsi elan edilib.O, ilkin ifadəsində X.İsgəndərovanın və qızının ifadələrində ziddiyyətlər oldunğundan onlardan şübhələndiyini göstərib. Şahid ziddiyyətlərlə bağlı bildirib ki, həmin zaman diqqətsiz olub.
Məhkəmə prosesi avqustun 4-də davam edəcək.
Xatırladaq ki, sözügedən qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Babək prospekti, ev 17 ünvanında baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov evin həyətindəki qarajda qətlə yetirilib. Qatil ev sahibinə 19 bıçaq zərbəsi vurduqdan sonra onun boğazını kəsib. Hadisə baş verən gün evdə F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova olub.
İlkin dindirilmə zamanı qadın cinayətkarın ona hücum elədiyini və boğmağa çalışdığını bildirib. O, ilkin ifadəsində cinayətkarın maskasını çıxararaq öldürməməsi üçün yalvarıb, evdə olan qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb...
İstintaqın gəldiyi nəticəyə görə isə F.İsgəndərov elə öz həyat yoldaşı tərəfindən qətlə yetirilb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. Hadisədən 8 ay sonra Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində işləyib.
Mərhum F.İsgəndərov sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olub.
Qeyd edək ki, X.İsgəndərova istintaq zamanı ona elan olunmuş ittihamlarla razılaşmayıb, qətldə əli olmadığını deyib. Məhkəmədə isə ifadə verməkdən imtina edib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadınlara qarşı quldurluq etmiş şəxsin əməlləri...
Qadınları qarət etdi, həbsə atıldı, indi mühakimə olunur Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Əli Məlikovun cinayət işi üzrə məhkəmə p...