Məhkəmədə İlhamə Quliyevanın milyonlarından danışıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
BAKU.WS report-a istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovanın vəkili Vasif Mirzəyev vəsatətlə çıxış edib.
O, cinayət işində Orxan Bəkirovun çəkdiyi vidogörüntünün sübut kimi qeyd edildiyini bildirib. Vəkil həmin videogörüntünün sübutlar siyahısından çıxarılmasını, bir neçə şəxsin məhkəmədə ifadə verməsini istəyib.
Bundan başqa, vəkil qeyd edib ki, istintaqda mərhum İlhamə Quliyevanın 2 milyon 707 min manatı olması barədə göstərilib: "Lakin bu, düzgün araşdırılmayıb".
Vəsatət baxılmamış saxlanılıb.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. M.Hüseynova özünü təqsirli bilmədiyini deyib. Təqsirləndirilən şəxs məhkəmənin sonunda ifadə verəcəyini bildirib. Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
BAKU.WS
Oxşar xəbərlər
İlhamə Quliyevanın mirası onlara qaldı: Pul əlindən çıxdı
Mərhum xalq artisti İlhamə Quliyevanın mirasının kimlərə qalacağı artıq məlum olub. BAKU.WS-in məlumatına görə, Lent.az-a açıqlama verən İ. Quliyevanın dayısı...