Sumqayıtda mübahisə qanla nəticələndi: 16 yaşlı yeniyetmə BIÇAQLANDI
02
okt
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində mübahisə qanla nəticələnib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin ikinci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Məhəmməd Nazim oğlu Fərzəliyev aralarında yaranmış münaqişə zəminində, həmyaşıdı - 2009-cu il təvəllüdlü Elcan Anar oğlu Niftəlizadəyə bıçaqla xəsarət yetirib. Yaralı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin həmyaşıdı M.Fərzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Babək prospektində avtomobilin körpüdən aşmasının ANBAAN GÖRÜNTÜSÜ
Bakının Nizami rayonunda, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində minik avtomobili körpüdən köməkçi yola aşıb. BAKU.WS xəbər verir ki, hadisə b...