Sumqayıt-Bakı sürət qatarı sərnişinlərə stressli anlar yaşatdı - VİDEO - YENİLƏNİB
03
okt
2019
10:58
“Azərbaycan Dəmir Yolları” QSC bu gün Bakı-Sumqayıt-Bakı qatarının hərəkətində yaranan gecikmə ilə bağlı açıqlama yayıb.Qurumdan BAKU.WS-ə verilən açıqlamaya görə, gecikməyə səbəb Keşlə stansiyasında yan qidalandırıcı xətdə yaranan texniki nasazlıq olub:“Nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub.Nəticədə, 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir”.***09:27Bu gün səhər saatlarında yenə Bakı-Sumqayıt sürət qatarı sərnişinləri pis vəziyyətə qoyub.BAKU.WS xəbər verir ki, bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn qatarların hərəkətində ləngimələr müşahidə olunub.Belə ki, Biləcəri stansiyasından saat 07:42-də yola düşən qatar 6 dəqiqə, Biləcəri stansiyasından 08:14-də yola düşən qatar isə 40 dəqiqə gecikib.Qatardan istifadə edən sərnişinlər isə gecikmələrə görə olduqca məyus olublar. Bəziləri isə bu hala etirazlarını bildiriblər.Qeyd edək ki, qatar yolboyu çox yavaş hərəkət edib.Ziya SƏCCAD
Oxşar xəbərlər
Sumqayıt-Bakı elektrik qatarında problem -VİDEO
Gecədən yağan güclü yağış və çaxan şimşək Bakıda bir çox problemlər yaradıb.BAKU.WS xəbər verir ki, əlverişsiz hava şəraiti Azərbaycan Dəmir Yollarının işinə də...