Sükan arxasında sərxoş saxlanılan keçmiş polis işçisi: "Sənə kişi kimi söz deyirəm" (VİDEO)

Sükan arxasında sərxoş saxlanılan keçmiş polis işçisi: Sənə kişi kimi söz deyirəm (VİDEO)
Video
Hadisə 4711

Azərbaycanın rayonlarından birində yol polisinin keçirdiyi reyd zamanı maraqlı hadisə baş verib.

Avtosfer.az-ın məlumatına görə, bununla bağlı videomaterial sosial şəbəkələrdə yayılıb. 99 BN 475 dövlət nömrə nişanlı avtomobili idarə edən və özünü Hacıyev Aydın Telman oğlu kimi təqdim edən sürücü reyd zamanı sərxoş halda yaxalanıb. Saxlanılan zaman ayaq üstə güclə dayanan sürücünün idarə etdiyi avtomobildə 6 azyaşlı uşaq olub. Sürücünün dediyinə görə, uşaqların altısı da onun övladlarıdır.

Polisə müqavimət göstərərək əvvəlcə sərxoş olmadığını deyən sürücü sonradan əməlini etiraf etməklə yanaşı, özünə haqq qazandırmağı da bacarıb. O bildirib ki, keçmiş polis əməkdaşıdır. Bütün bunlara baxmayaraq, yol polisləri həmin sürücünü tibbi müayinəyə, uşaqları isə sağ-salamat evə aparıblar.

Qeyd edək ki, sürücü sərnişindaşıma qaydalarını da pozur. Belə ki, o, avtomobilin ön oturacağında iki, arxada isə 4-ünü təhlükəsizlik qaydalarına riayət etmədən aparır.

Avtosfer.az bildirir ki, görüntülərin nə vaxt çəkildiyi dəqiq məlum deyil. Lakin sərxoş sürücülərin ibrət götürəcəyini düşünərək həmin videonu təqdim edirik. Qoy, belə məsuliyyətsiz insanlar özlərindən əlavə, başqalarının da həyatını təhlükəyə atmasınlar. Əgər yol polisi bu sürücünü saxlamasaydı daha ağır nəticə ola bilərdi…

BAKU.WS

Son xəbərlər