DYP-nin keçirdiyi reyddə gülməli anlar: "Ayə deyirəm içməmişəm" (VİDEO)

DYP-nin keçirdiyi reyddə gülməli anlar: Ayə deyirəm içməmişəm (VİDEO)
Video
Hadisə 12996

 

Sosial şəbəkələrdə yayılan bu görüntülərdə maraqlı məqamlar var. Əvvəlcə yol polisinə «içmişəm, sonra «içməmişəm» deyən, sənədsiz maşın sürən, kateqoriyası olmadan sərnişin daşıyan, sükan arxasında sərxoş əyləşən, maşınına mal-heyvan səsi çıxaran siqnal quraşdıran sürücülər bu videoda əksini tapıb.

Avtosfer.az bildiririr ki, Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi bu reyd Tovuz rayonunu əhatə edir. Burada inspektorların sürücülərlə davranışı, texniki vasitələrlə təminatı maraq doğurub. Belə ki, avtomobilin şüşələrinin tündləşdirilməsini ölçmək üçün xüsusi cihazı tətbiq edən inspektor sürücünün hay-küyünə son qoyub və sübut edib ki, o, həqiqətən də qayda pozub.

Daha sonra sərxoş halda tutulan sürücünün yol polislərini şərləməyə cəhd göstərməsi maraq doğurur. O, «maşınımda 10 min manat var» deyərək, aradan çıxmağa çalışsa da, istəyinə nail ola bilmir.

Kiçik nöqsanları çıxmaqla reyd zamanı polis əməkdaşlarının davranışı və pozulan qayda pozuntuları üzrə sürücülərə ətraflı məlumat verməsi, sərnişinləri də məlumatlandırması alqışa layiqdir. Sərnişin daşımaq üçün sürücülük hüququ olmayan sürücünün, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən şəxsin, polisə tabe olmayıb qaçanların əks olunduğu bu videoda çox maraqlı məqamlar əksini tapdığı üçün oxucularla paylaşmaq qərarına gəldik. Videonun nə vaxt çəkildiyi bilinməsə də, sosial şəbəkələrdə iyul ayında yayılıb.

BAKU.WS

Son xəbərlər