“Space”də əlbəyaxa dava: dava edən iki xanım işdən qovuldu

“Space”də əlbəyaxa dava: dava edən iki xanım işdən qovuldu
Hadisə 5793

Bu gün "Space TV"də də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub.

BAKU.WS bizimyol.info-ya istinadən xəbər verir ki, xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova ilə rejisssor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşanıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb.

Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməkliyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağırılıb. Hər iki işçi kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.

Məsələ ilə bağlı bizimyol.info telekanalın xəbərlər xidmətinin baş redaktoru Afət Telmanqızı ilə əlaqə saxlayıb. Baş verən olayla bağlı ətraflı danışmaq istəməyən xanım aparıcı məlumatı təsdiq edib.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda polis rəisinin otağında dava düşdü

Azərbaycanda polis rəisinin otağında dava düşdü

Azərbaycanda dələduzluqda təqsirləndirilən şəxslə zərərçəkən arasında əlbəyaxa dava düşüb. Hadisə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin rəisi poli...

3066 Hadisə 20:07 12 iyun 2017

Son xəbərlər