Somalidə səfirliyin qarşısında maşın atəşə tutuldu: Azərbaycan vətəndaşı öldü
Somalinin paytaxtı Moqadişi şəhərində Türkiyə səfirliyinin yaxınlığında avtomobil atəşə tutulub.
BAKU.WS-in "Anadolu”ya istinadən verdiyi məlumata görə, nəticədə 1 Türkiyə, 1 Azərbaycan və 1 Somali vətəndaşı öldürülüb.
Güman edilir ki, hücumun arxasında "Aş-Şabab" radikal qruplaşması durur.
Türkiyə XİN bəyanat yayıb. "Bu gün axşam saatlarında Somalinin paytaxtı Mogadişoda vətəndaşlarımızın da içində olduğu nəqliyyat vasitəsi silahlı hücuma məruz qalıb. Nəticədə bir vətəndaşımızın yanında 1 Azərbaycan və 1 Somali vətəndaşı həyatını itirib, bir neçə vətəndaşımız isə yaralanıb. Biz bu terror aktını qətiyyətlə pisləyirik. Xəsarət alan Türkiyə vətəndaşları ölkənin Somalidəki səfirliyinin nəzarəti altındadır. Ölənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", bəyanatda deyilir.
BAKU.WS
Oxşar xəbərlər
ABŞ Ankaradakı terror hadisəsini öncədən bilirmiş (FOTO)
ABŞ-ın Türkiyə səfirliyi Ankarada baş verən terror hadisəsindən iki gün öncə vətəndaşlarına xəbərdarlıq edib. BAKU.WS-in məlumatına görə, Amerika Birləşmiş Şt...