Somalidə baş verən terror aktında ölən azərbaycanlının kimliyi bilindi (FOTO)

Somalidə baş verən terror aktında ölən azərbaycanlının kimliyi bilindi (FOTO)
Hadisə 863

Somalinin paytaxtı Moqadişuda türk və Azərbaycan vətəndaşlarının da olduğu bir nəqliyyat vasitəsinə terror hücumu olub.

BAKU.WS-in məlumatına görə, şagirdləri daşıyan avtobusu hədəf alan terror aktı zamanı 1 türk vətəndaşı, həmçinin Azərbaycan və Somali vətəndaşları da dünyasını dəyişib. 

Avtobusun partlaması nəticəsində ölən azərbaycanlılardan biri Kəmalə İsmayılova olub. O, Türk Özəl Liseyinin müəllimi olub. APA-nın əldə etdiyi məlumata görə, ölən azərbaycanlı Kəmalə İsmayılova Göyçayın Ləkçılpaq kənd sakinidir. Onun oğulları - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdiriliblər. 

BAKU.WS

Son xəbərlər