İsmayıllıda meteorit tapılıb (VİDEO)
İsmayıllı muzeyində saxlanan eksponatlardan biri də nadir tapıntılardan sayılan meteorit daşıdır.
ARB TV xəbər verir ki, meteoritə 1982-ci ildə İsmayıllı sakinlərindən biri ev tikmək üçün Girdiman çayı ətrafında daş yığarkən rast gəlib. Daha sonra daşı muzeyə təhvil verib. Lakin hələ də bu daşın hansı tarixə aid olduğu məlum deyil.
Daş muzeyə gələnlərin diqqətini xüsusilə cəlb edir. Daşın tərkibi mütəxəssislər tərəfindən öyrənildikdən sonra heç bir təhlükəli vəziyyət yaratmadığına qərar verilib və meteorit olduğu təsdiqlənib. Daşın çəkisi asanlıqla qaldırılmayacaq qədər ağırdır. Digər daşlardan həm görünüşünə, həm də çəkisinə görə xeyli fərqlənir.
BAKU.WS
Oxşar xəbərlər
İsmayıllıda çayxanada partlayış törədildi: yaralananlar var
İsmayıllı rayonunda partlayış hadisəsi baş verib. BAKU.WS-in APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi baza...