Bakıda ev qiymətinə məzar daşları (VİDEO)
Rəhmətə gedən yaxınlarına bəzən külli miqdarda pul xərcləyib məzar daşı qoyurlar. Hətta büstlər ya da heykəllər. Bu barədə çox deyib, danışmışıq. Bu dəfə məzar daşlarının qiymətindən və bu qiymətlərin necə müəyyən edilməsindən söhbət açacağıq.
BAKU.WS "Xəzər Xəbər"ə istinadən bildirir ki, yüzlərlə hətta minlərlə manat pul ödənilir. Qəbir daşlarının ən ucuzu 200 manata, ən bahalı isə bir neçə min manata başa gəlir. Bu məqsədlə hətta Hindistan, İtaliya, Ukrayna və Çindən bahalı daşlar gətirilir. Qiyməti də məhz gətirildiyi ölkəyə görə müəyyən edilir. Ən bahalı daşlar Ukraynadan gətirilənlərdir.
Qəbir daşlarının dəbi də dəyişib. Bu işlə məşğul olanlar deyir ki, əvvəllər böyük ölçülü daşlara üstünlük verilirdisə, indi belə deyil. Üstəlik qara mərmərdən xeyli ucuz olan adi ağ daşlara da tələbat artıb.
Qiymətlərə daşın üzərinə çəkilən şəkil, yazı və daşın quraşdırılması daxildir. Şəkil və əl işləri qiymətə təsir edən əsas amillərdir. Sadə və ağ qara şəkillər ərsəyə gələn daşla işləməli və rəngli şəkilli daşlar arasında 150-200 manat fərq olur.
Şəkillər daşların üzərinə xüsusi metod və alətlərlə çəkilir. Çəkilən şəkillər daşın xüsusiyyətinə görə dəyişir. Maraqlıdır ki, dəbdəbəli qəbir daşları barədə fikir bildirənlər adətən bunu tənqid edir. Bəs onda dünyanın o biri ucundan gətirilən bahalı qəbir daşlarının alıcıları kimdir?
BAKU.WS
Oxşar xəbərlər
İlhamə Quliyevanın baş daşı qalmaqala səbəb oldu
Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın 40 mərasiminə az müddət qalıb. Lakin mərhumun baş daşının qoyulması ətrafında qalmaqal yaranıb. BAKU.WS məluma...