Şirvanda 34 min manatlıq oğurluq
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvanda 34 min manatlıq naqili oğurlayan üç nəfər saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mübariz Mütəllimov, Tural Yusifov və Tacir Əliyev saxlanılıblar.
Bu şəxslər obyektdən oğurladıqları mis naqili metal qəbulu məntəqələrinə satıblar.
Faktla bağlı cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakıda kişi hoteldə ölüb
Xətai rayonunda hoteldə ölüm faktı qeydə alınıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə noyabrın 22-də Babək prospektində yerləşən "Günəşli" oteldə baş...